Türk dünyasının unudulmaz şairi ustad Şəhriyarın haqqında çəkilən İran serialı Şəhriyarın oğlu və qızı tərəfindən tənqid olundu
AzadTabriz News: DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən fars şovinizminin sifarişilə çəkilən çoxserialı “Şəhriyar” adlı serial Güney Azərbaycan türkləri tərəfindən və Şəhriyarın ailə üzvləri tərəfindən tənqidlə qarşılanıb. Belə ki, həmin serialda Şəhriyarın atasının fars olduğu göstərilir və Şəhriyarın şəxsiyyəti serialda təhqir olunur.
Mərhum ustad Şəhriyarın qızı Məryəm Behcət Təbrizi və onun oğlu Hadi Behcət Təbrizi də dəfələrlə bu serialın ustad Şəhriyara heç bir aidiyyatı olmadığını və uydurma bir serial olduğunu bəyan edibdir.
Ustad Şəhriyarın oğlu bildirib ki, serial çəkilən zaman onun ailəsindən heç bir məlumat toplamadan faktlara və sənədlərə heç bir istinad etmədən mərhum ustadın həyatından film çəkmək asan iş deyil. Bu məqsəd yönlü teleserial Şəhriyarla yanaşı türk millətinə təhqirdir.
Dünya şöhrətli Azərbaycan şairi ustad Şəhriyar fars şovinistlərinin təhqirinə məruz qalmaqdadır.
هیچ نظری موجود نیست:
ارسال یک نظر