۱۳۸۷ خرداد ۷, سه‌شنبه

İran radiosu Azərbaycan efirinə qanunsuz daxil olub

«İran radiosu Azərbaycan efirinə qanunsuz daxil olub». Bunu «Azadlıq» radiosuna Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

AzadTabriz News: Son günlər Bakıda 89.3 FM tezliyində Tehran radiosunun verilişləri yayımlanır. Fars dilində olan dalğanı paytaxtın müxtəlif yerlərində, əsasən «Qurd Qapısı» ətrafında və digər yüksəkliklərdə dinləmək olar.

Nuşirəvan Məhərrəmli deyib ki, bu faktın qarşısı alınacaq: «Başqa ölkənin efirinə girmək doğru iş deyil. Təəssüf ki, belə problemlərdən sığortalanmaq mümkün deyil».

Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə bildirib ki, İran radiosunun Bakıda birbaşa yayımlanmasının hüquqi əsası yoxdur: «Birbaşa yayım üçün Azərbaycan tərəfinə müraciət olunmalıdır. Belə bir müraciət yoxdur».

İrana məxsus televiziya və radiolar əvvəllər də Azərbaycanın efir məkanını pozublar.

Azadliq

هیچ نظری موجود نیست: